Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi üzrə illik hesabatlarının elmi şöbələrdə müzakirəsi təşkil olunur.
Oktyabrın 21-də İnstitutun “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri, dosent Rəvanə Əsədovanın sədrliyi ilə elmi əməkdaşların hesabatları dinlənilib. Şöbənin 2024-cü ildə ümumi tədqiqat mövzusu “Azərbaycanda makroiqtisadi artımın proqnozlaşdırılması. Makroiqtisadi artıma təsir edən amillərin ekonometrik qiymətləndirilməsi"dir.
İclasda dosent Rəvanə Əsədova “Azərbaycan Respublikasında monetar siyasət və iqtisadi inkişafın qarşılılıqlı təsirinin modelləşdirilməsi”, kiçik elmi işçi Murad Şıxıyev “Azərbaycan Respublikasında adambaşına düşən makrogöstəricilərin qiymətləndirilməsi”, kiçik elmi işçi Xəzər Abbaszadə “Azərbaycan Respublikasında iqtisadi artım və əmək bazarıının qarşılıqlı əlaqələrinin qiymətləndirilməsi” tədqiqat mövzuları üzrə hesabat veriblər.





