Noyabrın 1-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirilib.
Professor Rəna Sultanovanın sədrliyi ilə keçirilən iclasda ETN İqtisadiyyat İnstitutunun doktorantı Fikrət Vəli oğlu Quliyevin 5308.01 – “Ümumi iqtisadiyyat” ixtisası üzrə “Azərbaycanın istehlak bazarında marketinq fəaliyyətinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və artırılması istiqamətləri”mövzusunda iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra F.Quliyev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





