Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə ETN İqtisadiyyat İnstitutunun böyük elmi işçisi Ülkər Məmmədovaya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə ona müvafiq diplom təqdim olunmuşdur. Bu münasibətlə İqtisadiyyat İnstitutunun kollektivi adından əməkdaşımızı ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!





