Yanvarın 22-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda 5311.01 – “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə elmi seminar keçirilmişdir. Seminarda Azərbaycan Kooperasiya Universitetinin doktorantı Əli Güloğlan oğlu Bağırzadənin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Emal müəssisələrində ixracyönümlü məhsul istehsalının artırılması istiqamətləri” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
İ.e.d. Möhübbət Hüseynovun sədrliyi ilə baş tutan iclasda iddiaçı dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra rəyçilərin rəyi dinlənilib. İddiaçı sualları cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.org.az).





