Mayın 20-də ETN İqtisadiyyat İnstitutunda doktorant və dissertantların ixtisas fənləri üzrə doktorluq imtahanları keçirilib.
Baş direktorun müvafiq əmri əsasında yaradılmış imtahan komissiyaları tərəfindən şəffaflıq şəraitində, yazılı-şifahi formada baş tutan imtahanlarda “Sahə iqtisadiyyatı”, “Dünya iqtisadiyyatı”, “İqtisadi nəzəriyyə”, “Daxili fiskal siyasət və dövlət maliyyəsi”, “İqtisadi fəaliyyət növləri” ixtisasları üzrə 7 nəfər iştirak edib.
İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri Ellada Xankişiyevanın da iştirak etdiyi imtahanların nəticələri ixtisaslar üzrə komissiyaların qiymətləndirməsi əsasında həyata keçirilib (economics.org.az).





