Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi üzrə illik hesabatların elmi şöbələrdə müzakirəsi aparılır. Oktyabrın 20-də İnstitutun “İqtisadi siyasətin nəzəri əsasları” şöbəsində 2025-ci ildə həyata keçirilən elmi-tədqiqat plan işlərinin nəticələrinə dair hesabat iclası keçirilmişdir.
Şöbə müdiri, i.e.d., professor Gülşən Yüzbaşiyevanın sədrliyi ilə keçirilən iclasda elmi əməkdaşların illik hesabatları dinlənilmiş və nəticələr müzakirə edilmişdir. Şöbənin ümumi tədqiqat mövzusu “Orta və uzunmüddətli dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafın milli prioritetlərinin reallaşdırılması istiqamətləri”dir. Şöbənin əməkdaşları i.e.d., prof. H.B.Rüstəmbəyov “Dayanıqlı iqtisadi inkişafın təmin olunmasında milli iqtisadi mənafelərin rolunun yaxşılaşdırılması”, i.e.d., dosent Ə.Ö.Hüseynov “Azərbaycanda inflyasiya-devalvasiya proseslərinin volyuntar tənzimlənməsinin iqtisadiyyatın rəqabət qabiliyyətinə və dayanıqlı inkişafına təsirlərinin yaxşılaşdırılması istiqamətləri", i.e.d., dosent S.S.Səməndərov “Azərbaycan iqtisadi ədəbiyyatlarında iqtisadi artımın ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə və davamlılığına təsiri ilə əlaqədar təkmilləşmə istiqamətlərinin qruplaşdırılması”, i.f.d., dosent T.M.Qurbanov “Dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğunda tsiklik inkişaf üzrə təkmilləşmə istiqamətləri”, i.f.d., dosent A.M.Mustafayev “Korporativ idarəetmənin rəqabət mühitinə təsirinin yaxşılaşdırılması istiqamətləri”, i.f.d. A.X.Fətəliyeva “Rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin olunmasında kölgə iqtisadiyyatının çəkisinin azaldılması üzrə təkliflərin verilməsi”, i.f.d. V.M.Abbasova “Rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin olunmasında dövlətin antiinhisar tədbirlərinin rolunun artırılması istiqamətləri”, böyük elmi işçi R.V.Şirinova “İşğaldan azad olunmuş ərazilərdə yeni özəlləşdirmə prosesinin keçirilməsi imkanlarının təkmilləşdirilməsi”, böyük elmi işçi J.S.Mirzəbəyova “Azərbaycanda ali təhsil sistemində rəqabət problemi və onun həlli istiqamətləri”, elmi işçi A.R.Aşırlı “Azərbaycanın milli-mənəvi dəyərlərinin innovasiya bacarıqlarına təsirinin artırılması yolları”, elmi işçi G.C.Qədirova “İqtisadi artımın struktur problemlərinin həlli istiqamətləri üzrə təkliflərin hazırlanması” mövzularında apardıqları tədqiqatlar üzrə hesabat veriblər. Məruzələr ətrafında geniş müzakirələr aparılmış, elmi nəticələrlə bağlı təklif və tövsiyələr verilmişdir.





