Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi üzrə illik hesabatların elmi şöbələrdə müzakirəsi aparılır. İnstitutun “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsində 2025-ci ildə həyata keçirilən elmi-tədqiqat plan işlərinin nəticələrinə dair hesabat iclası keçirilmişdir.
Şöbə müdiri, i.e.d., professor Tərbiz Əliyevin sədrliyi ilə keçirilən iclasda elmi əməkdaşların illik hesabatları dinlənilmiş və nəticələr müzakirə edilmişdir. Şöbənin ümumi tədqiqat mövzusu “Azərbaycanda biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafının iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri”dir.
Şöbənin əməkdaşları baş elmi işçi, dosent Əbdül-Səməd Həsənov “Sahibkarlıq subyektlərinin iqtisadi-maliyyə mexanizmlərinin təkmilləşdirilməsi”, aparıcı elmi işçi, i.f.d., dos. Mahir Zeynalov “İşğaldan azad olunmuş ərazilərdə biznes mühitinin yaxşılaşdırılması yolları”, elmi işçi Minarə Ağayeva “Azərbaycanda startapların əhatə dairəsinin genişləndirilməsi”, elmi işçi Sidiqə Balamiyeva “Mikro sahibkarlıq subyektlərin dayanıqlı inkişafına dair tövsiyələrin işlənilməsi” mövzularında apardıqları tədqiqatlar üzrə hesabat veriblər. Məruzələr ətrafında geniş müzakirələr aparılmış, elmi nəticələrlə bağlı təklif və tövsiyələr verilmişdir.





