Dekabrın 12-də ETN İqtisadiyyat İnstitutunda doktorant və dissertantların ixtisas fənləri üzrə doktorluq imtahanlarının keçirilməsinə başlanılıb.
Baş direktorun müvafiq əmri əsasında yaradılmış imtahan komissiyaları tərəfindən şəffaflıq şəraitində, yazılı-şifahi formada baş tutan imtahanlar “Sahə iqtisadiyyatı”, “Dünya iqtisadiyyatı” ixtisasları üzrə keçirilib.
Növbəti imtahan dekabrın 16-da “Ümumi iqtisadiyyat”, “Ümumi iqtisadi biliklərin əsasları” ixtisasları üzrə olacaq.
İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri Ellada Xankişiyevanın da iştirak etdiyi imtahanların nəticələri ixtisaslar üzrə komissiyaların qiymətləndirməsi əsasında həyata keçirilir (economics.org.az).





