Aprelin 28-də ETN İqtisadiyyat İnstitutunda prof. Tərbiz Əliyevin sədrliyi ilə 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda İqtisadiyyat İnstitutunun dissertantı Tural Vətən oğlu Məmmədovun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında turizmin rolu” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
T.Məmmədov dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini, irad və tövsiyələrini bildiriblər, geniş müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.org.az).





