Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d., professor Rəsmiyyə Abdullayeva DergiPark platformasında indekslənən “Gənc Mütəfəkkirlər” jurnalının, eləcə də “Neva Akademik Araşdırmalar” jurnalının İqtisadiyyat bölməsinin elmi redaktoru seçilmişdir.
Bununla yanaşı, R.Abdullayeva DergiPark platformasında indekslənən “KUTSAM Sosial Elmlər” və “KUTSAM Beynəlxalq Münasibətlər və Təhlükəsizlik Araşdırmaları” jurnallarının redaksiya heyətinin üzvü seçilmişdir.






