Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Mətanət Abdalovaya “Dosent” elmi adı verilib.
Noyabrın 7-də Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə M.Abdalovaya müvafiq diplom təqdim olunmuşdur.
Bu münasibətlə İqtisadiyyat İnstitutunun kollektivi adından onu ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!





