Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçiləri, i.f.d., dosent Samirə Abasova və i.f.d. Əsmər Əliyeva Ukraynanın Alfred Nobel Universitetinin nəşr etdirdiyi "İnnovativ sosial-mədəni məkanda mütəxəssislərin peşəkar inkişafında nəzəriyyə və praktika" (Dnepr, 2023) adlı monoqrafiyanın yazılmasında fəal iştirak ediblər.
S.Abasova kollektiv monoqrafiyanın "İnnovativ təhsil üsulları: Azərbaycan təcrübəsi" (“İnnovation education techniques in modernity: Azerbaijan experience”. səh. 167-178), Ə.Əliyeva isə "Azərbaycanın təhsil xidmətləri idxalının analizi" (“Analysis of the import of educational services of Azerbaijan”. səh.178-186) adlı bölmələrinin müəllifidir.





