Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin elmi işçisi Mələk Əliyeva 4-8 noyabr 2024 tarixlərində Vyana şəhərində Avstriya hökumətinin maliyyələşdirdiyi “Böhran və dayanıqlılıq” mövzusunda təşkil olunmuş kurslarda iştirak etmişdir.
Tədbirdə maliyyə böhranları, Covid-19 pandemiyası və Avropa təcrübəsində silahlı münaqişələrin nəticələrinə əsasən qlobal böhran məsələləri müzakirə edilmişdir. Bu böhranların bilavasitə təsirləri ilə yanaşı, yaşıl iqtisadiyyata keçid və yeni texnoloji nailiyyətlərin əmək bazarlarına təsirləri də seminarın müzakirə mövzusu olub. Bundan əlavə, böhranın təsirlərini azaltmaq üçün ölkələrin fiskal, monetar, səhiyyə və iqlim dəyişikliyi siyasətlərinə dair fikir mübadiləsi aparılmışdır. Kursun formatına əsasən interaktiv müzakirələr təşkil edilmiş və iştirakçıların təqdimatları dinləmələrə daxil edilmişdir.





