15-16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə "Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)" keçiriləcək.
Elmin bütün sahələrini əhatə edən konfrans ənənəvi (üz-üzə) formatda təşkil olunacaq ve iştirakçılara elmi müzakirələr, təcrübə və bilik mübadiləsi aparmaq, eləcə də multidissiplinar yanaşmalar formalaşdırmaq imkanı yaradacaqdır.
Konfransın əsas məqsədi gənc alim və tədqiqatçılara öz elmi tədqiqatlarının nəticələrini təqdim etmək, müxtəlif sahələr üzrə aktual problemləri müzakirə etmək, elmi əməkdaşlıq əlaqələri qurmaq və innovativ ideyalar üçün platforma yaratmaqdır.
Konfrans haqqında daha ətraflı məlumat aşağıdakı linkdə
"Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)"





