İqtisadiyyat İnstitutunun şöbə müdiri, prof. Rəsmiyyə Abdullayeva Əmək və Sosial Münasibətlər Akademiyasında təqdimatla çıxış edib
İyunun 25-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tələbə və gənclərin peşəkar inkişafına dəstək məqsədilə “Zirvədən baxış – karyera planlaması 2026” adlı tədbir təşkil olunub. Tədbirin əsas məqsədi gənclərin əmək bazarının müasir tələbləri barədə məlumatlandırılması, onların karyera planlaması bacarıqlarının inkişaf etdirilməsi, öz potensiallarını düzgün qiymətləndirmələrinə dəstək göstərilməsi və peşəkar inkişaf istiqamətində uğurlu yol xəritəsinin formalaşdırılmasına töhfə vermək olub. Eyni zamanda, iştirakçıların insan resurslarının idarə olunması, süni intellekt dövründə tələb olunan bacarıqlar, CV hazırlanması, müsahibə mərhələsinə hazırlıq və akademik karyera imkanları barədə bilik və bacarıqlarının artırılması, onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına dəstək göstərilməsi nəzərdə tutulub.
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d, prof. Rəsmiyyə Abdullayeva tədbirdə “Uğurlu akademik karyera necə qurulur?” mövzusunda təqdimatla çıxış edib.
Tədbirin sonunda keçirilən sual-cavab sessiyasında iştirakçılar spikerlərə onları maraqlandıran mövzularla bağlı suallar ünvanlayıb, karyera planlaması, işə qəbul prosesi və peşəkar inkişaf istiqamətində fikir mübadiləsi aparılmışdır.






