Mayın 10-da saat 11:00-da AMEA İqtisadiyyat İnstitutunda müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisidir” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.
AMEA əməkdaşlarının və ölkəmizin tanınmış alimlərinin iştirakı ilə keçiriləcək tədbirdə məruzələr dinləniləcək.
Konfrans AMEA-nın əsas binasında (II mərtəbə, kiçik konfrans zalı, ünvan: H.Cavid pr. 115) keçiriləcək.





