Oktyabrın 11-də AMEA İqtisadiyyat İnstitutunda AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Əli Nuriyevin anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş yubiley sesiyası keçiriləcək.
Yubiley tədbiri ərəfəsində prof. Əli Nuriyev AMEA İqtisadiyyat İnstitutunun YouTube kanalına müsahibə verib, öz təəssüratlarını bölüşüb.
Qeyd edək ki, yubiley tədbiri oktyabrın 11-də saat 11-da AMEA-nın əsas binasında (H.Cavid pr.115) kiçik konfrans zalında (2-ci mərtəbə) keçiriləcək.
Prof. Əli Nuriyevin YouTube kanalına müsahibəsi (yüklə)





