Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə İqtisadiyyat İnstitutunun böyük elmi işçisi Gülnarə Fətəliyevaya iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Noyabrın 17-də Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə G.Fətəliyevaya müvafiq diplom təqdim olunmuşdur.
Bu münasibətlə İqtisadiyyat İnstitutunun kollektivi adından onu ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!





