İqtisadiyyat İnstitutunun ixtisas və fərq doktorluq imtahanlarının qış sessiyası 5312.01 - “Sahə iqtisadiyyatı”, 5310.01 - “Dünya iqtisadiyyatı”, 5307.01 - “İqtisadi nəzəriyyə”, 5301.01 - “Daxili fiskal siyasət və dövlət maliyyəsi”, 5306.01- “Texnoloji innovasiyalar iqtisadiyyatı”, 5308.01 - “Ümumi iqtisadiyyat”, 5311.01-“Müəssisələrin təşkili və idarə olunması” ixtisasları və “Ümumi iqtisadi biliklərin əsasları” fənni üzrə keçiriləcək.
İxtisas və fərq doktorluq imtahanları 12.12.2022, 13.12.2022-ci il saat 11.00 və 15.12.2022-ci il saat 14.00 tarixlərində İqtisadiyyat İnstitutunun konfrans zalında baş tutacaq.
İxtisas və fərq doktorluq imtahanlarında iştirak etmək istəyən iddiaçılar İnstitutun Təhsil şöbəsinə müraciət etsinlər.





