Fevralın 14-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının prof. Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasında İqtisadiyyat İnstitutun doktorantı Aygün Nazim qızı Təhməzlinin 5308.01 “Ümumi iqtisadiyyat” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi adı almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasında dövlət sosial xərclərinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və artırılması yolları” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
İddiaçı A.Təhməzli dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





