Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi üzrə illik hesabatların elmi şöbələrdə müzakirəsi aparılır.
İnstitutun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin iclasında şöbənin müdiri, i.f.d., dosent Famil Rüstəmov “Aqrar sahənin dayanıqlı və rəqabətli inkişafının təmin olunmasında aqroparkların rolunun artırılması istiqamətləri” mövzusunda aparılan tədqiqatın əsas məqamlarını diqqətə çatdırıb. Şöbənin əməkdaşları, i.e.d. Yunus Sadıqov “Aqrar sahənin dayanıqlı və rəqabətli inkişafında aqroemal sektorunun tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri”, dos. Rəmzi Abdullayev “Aqrar sahənin dayanıqlı və rəqabətli inkişafında innovativ infrastrukturun rolunun təkmilləşdirilməsi istiqamətləri” və Leyla İsayeva “Aqrar sahənin dayanıqlı və rəqabətli inkişafında innovasiyanın tətbiqinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri” mövzularında tədqiqatları üzrə hesabat veriblər.
Məruzələr ətrafında geniş müzakirələr aparılmış, elmi nəticələrlə bağlı təklif və tövsiyələr verilmişdir.





