İyulun 1-də AMEA İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində İqtisad Elmləri üzrə Elmi Şuranın onlayn formada iclası keçirilmişdir.
Şuranın sədri, AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilərək təsdiq edilmişdir.
İqtisad Elmləri üzrə Elmi Şuranın elmi katibi, i.f.d., dosent Samirə Əhmədova bildirib ki, iclasda AMEA İqtisadiyyat İnstitutunun fəlsəfə doktoru və elmlər doktoru (6 nəfər) proqramları üzrə təhsil alan 41 doktorant və dissertantının, habelə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun 1 dissertantının dissertasiya mövzuları müzakirə edilib, redaktə xarakterli dəyişikliklərdən sonra təsdiqlənib (economics.com.az).





